Ağ Ev Trampın Qəzza üzrə 20 maddəlik sülh planını açıqladı
Yenicag.az xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsini dayandırmaq üçün hazırladığı “tam formatlı” sülh planını yayıb.
Sənəd 20 bənddən ibarətdir və əsas şərtlərdən biri münaqişənin dərhal dayandırılmasıdır. Plan İsrail qoşunlarının ərazidən çıxarılmasını və hərbi əməliyyatların dondurulmasını nəzərdə tutur.
Əvəzində girovların azad edilməsi öhdəliyi qoyulur. Tramp bildirib ki, İsrail onun təklifini qəbul etdikdən sonra girovların azad olunması üçün qarşı tərəfə 72 saat vaxt veriləcək.
Analitiklərin fikrincə, bu təşəbbüs ABŞ administrasiyasının bölgədə sülh prosesinə birbaşa təsirini göstərmək məqsədi daşıyır./Musavat/