Ağalarovların 1 milyonluq vəsaiti
Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov rəhbərlik etdiyi “Crocus City Hall” konsert zalının dizaynını dəyişib.
Yaranmasının 5 ili münasibətiylə mərkəz oktyabrda böyük konsert verəcək. Bu məqsədlə salonun dəyişikliyi üçün Ağalarovlar bir milyondan çox vəsait ayırıblar. Ən böyük dəyişiklik tamaşaçıların əyləşdiyi zalda olub. Burada qırmızı oturacaqlar zoğalı rəngli kreslolarla əvəzlənib.
Musiqiçilər üçün isə 100 kvadratmetrlik ərazi ayrılıb. Akustikaya görə həmin yer İtaliya və ABŞ-dan gətirilən təmiz və keyfiyyətli materiallarla düzəldilib. Konsert zalında eyni zamanda uşaqlar üçün oyun ərazisi hazırlanır. Valideynlər konserti izləyərkən, övladlarını oyun mərkəzindəki mütəxəssislərə həvalə edə biləcəklər. Ağalarovlar hətta media nümayəndələrindən ötrü də xüsusi otaq ayırıblar. Belə ki, jurnalistlər orada müğənnilərlə rahat görüşə, müsahibələr ala biləcəklər.
Mərkəzin açılışı oktyabrın 25-də baş tutacaq.