Ağdaşda iki bacını maşın vurub öldürdü

media-hightechnic-468x90

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenıcag.az-ın  məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub.

Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib.

Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.

Qeyd edək ki, qadınlar bacı olublar.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa