Ağdaşda qonşular arasında DAVA

media-hightechnic-468x90

Ağdaşda qonşular arasında baş verən münaqişə zamanı dava edən  hər iki tərəf bir-birinə xəsarət yetirib.  

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq  bildirilib ki, şəxsi münasibətlər zəminində Ağdaş rayon sakini S.Sadəddinovla qonşusu arasında mübahisə yaranıb və onlar qarşılıqlı olaraq bir-birinə xəsarət yetiriblər. Müvafiq ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qonşular arasında döyülmə ilə nəticələnən hadisə Kotavan kəndində baş verib. Münaqişə iştirakçılarından biri olan Samit Sədəddinov xəstəxanaya yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa