Ağdaşlılar vəhşi heyvanların hücümuna məruz qalıb

media-hightechnic-468x90

thumb_teciliAğdaş rayon sakinləri çaqqalın hücumuna məruz qalıb.

Hadisə rayonun Yuxarı Nemətabad kəndində qeydə alınıb. Səhər saatlarında kəndin mərkəzi hissəsində, küçə ilə piyada hərəkət edən 55 yaşlı Nərminə Əbilova qəflətən çaqqalın hücumuna məruz qalıb.

Çaqqal qadının qollarını və ayaqlarını dişləyərək ona ağır xəsarətlər yetirib. Nərminin qışqırıq səsini eşidən qonşu Roza Yusifova kömək etmək üçün qadının yanına gəlib. Vəhşi heyvan Nərminə Əbilovanı dişlədikdən sonra Roza Yusifovaya hücum edərək onu da yerə yıxıb. Roza Yusifovanın ayağına, ağır xəsarətlər yetirib. Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstələrə quduzluğa qarşı vaksinlər vurulub, yarasına tikiş qoyulub və lazımı tibbi yardım göstərilib.

Kənd sakinlərinin sözlərinə görə, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır. Ev heyvanları və quşlarla yanaşı, insanların da vəhşi heyvanların hücumuna məruz qalmasını onların sayının həddən çox artması ilə izah edirlər. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600