Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzov xəstəxanada müalicəsini davam etdirir.
Meyxana ifaçısının oğlu Kamil Yenicag.az-a atasının səhhətindən danışıb:
“Həkimlər hələ iki həftə də atamın xəstəxanada qalmasını qərara alıb. Çünki bu xəstəlik elədir ki, uzun müddət müalicə tələb edir. Danışığında problemlər tam aradan qalxmayıb. Həkimlər deyir ki, əsəbiləşmək, həyəcan keçirmək olmaz”.
Kamil atasının darıxdığını deyib:
“Atam dostları üçün çox darıxır. Gözü qapıdadır ki, görən, bu gün kim gəlib, ona baş çəkəcək. Deyir, təki gəlib-gedən olsun ki, söhbət edək. Dərdləşməyə adam axtarır”.
Cəvahir
www.yenicag.az