Ağsaqqallar Şurası yaradılır

media-hightechnic-468x90

436d4471c9289efda076b61a5b44c8dcBakı şəhəri üzrə Təhsil İdarəsinin Ağsaqqallar Şurası yaradılır.

Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu addım yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasını genişləndirmək vacibliyini nəzərə alaraq baş tutub.

A.Tarquliyevanın sözlərinə görə, Ağsaqqallar Şurası təhsil ictimaiyyətinin rəyin nəzərə almaq, təhsil verənlərin və təhsil alanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə yaradılıb: “Ağsaqqallar Şurasına üzvlər yüksək ixtisaslı pedaqoqlar, ictimaiyyət arasında nüfuz sahib olan təhsil işçiləri və ekspertləri daxil olacaq. İdarənin tərkibində məşvərətçi orqan kimi fəaliyyət göstərəcək Şura nəsilləri birləşdirən rabitə rolunu oynayaraq, təcrübənin gənc nəslə ötürülməsi kimi mühüm vəzifə daşıyacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600