Ağsu aşırımı bağlanıb - Foto

media-hightechnic-468x90

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükəli vəziyyət yarandığı üçün əsas yol bağlanıb.

Yenicag.az xəbər verir ki, yola xidmət edən 16 nömrəli “Yol İstismar” MMC-dən AzərTac-a bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür.

Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar “Azəravtoyol” ASC-dən mütəxəssis dəvət olunub.

Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər. Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa