“Obyektivliyimizi qorumağa çalışırıq” - 14 yaşlı AFN-in baş redaktoru

media-hightechnic-468x90

Bu gün “Azerbaijan Favorite News” (www.afn.az) saytının fəaliyyətə başlamasından 14 il ötür.

Yubiley münasibətilə AFN.az-ın baş redaktoru Səbuhi Qafarov təəssüratlarını Yenicag.az-la bölüşüb:

media-whatsapp-image-2026-02-06-at-15-23-36-1

“AFN.az bizim böyük övladımız kimidir. Bəlkə də evdə övladlarımıza ayırdığımız vaxtdan daha çoxunu ona sərf edirik. Sayt 2012-ci ildə dostumuz Aqşin Rafiqoğlu tərəfindən yaradılıb, 2014-cü ildən isə rəhbərliyi bizdədir. Fəaliyyətimiz boyu hər zaman obyektivliyimizi qorumağa çalışmışıq. Bu illər ərzində adımız heç bir mənfi hadisədə hallanmayıb, jurnalistikanın etik prinsiplərindən kənara çıxmamışıq. Ölkədə fəaliyyət göstərən heç bir siyasi və sosial qrupa qarşı ayrı-seçkilik etməmişik. Özümüzü xoşbəxt hiss edirik ki, Azərbaycanın böyük qələbəsini müjdələmək bizə də nəsib olub. Dövlətimizin uğurlarını işıqlandırmaq hər zaman ən böyük arzumuzdur. Bizi izləyən və dəyər verən hər kəsə minnətdarıq”.

Qeyd edək ki, 2012-ci ilin yanvarında maliyyə-iqtisadi yönümlü xəbər portalı olaraq yaradılan AFN.az, zamanla oxucu marağını nəzərə alaraq profilini genişləndirib. Hazırda portal Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatındakı yeniliklərlə yanaşı, dünyada baş verən mühüm hadisələri də operativ şəkildə oxuculara çatdırır. Bundan başqa, saytda müxtəlif sahələri əhatə edən müsahibələr, təhlillər, reportajlar və müəllif yazıları mütəmadi olaraq işıqlandırılır.

AFN.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmədən, tam obyektiv və müstəqil şəkildə xəbər yaymaq prinsiplərinə sadiqdir. Məhz bu prinsipial mövqeyin nəticəsidir ki, saytın oxucu sayı dinamik şəkildə artmaqda və geniş kütləni cəlb etməkdədir.

media-hebibe-abdulla

Sayt 2015-ci ildən etibarən yeni rəhbərlik və yeni kursla fəaliyyətini daha operativ şəkildə davam etdirir. Qısa müddət ərzində məhdud imkanlarla geniş auditoriya qazanan AFN, kollektivin peşəkarlığı və təcrübəsi sayəsində ölkənin ən iri xəbər portalları ilə rəqabət aparmaq gücündədir.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05