Həmkarlar ittifaqı ayağa QALXDI- 300-dən çox işçi azad edilib
“The Washington Post”da kütləvi ixtisar: 300-dən çox işçi birbaşa elektron poçt vasitəsilə işdən çıxarılıb.
Yenicag.az xəbər verir ki, qəzetin əsas bölmələri, o cümlədən İdman, Kitab əlavəsi və beynəlxalq ofisləri təsirlənib.
Ukrayna və Yaxın Şərq müxbirləri, həmçinin 60 ildən çox qəzetdə çalışan veteran jurnalist belə ixtisara məruz qalıb.
İşçilər qərardan şoka düşərək sosial mediadan həmrəylik və dəstək üçün istifadə edir. Həmkarlar ittifaqı etiraz aksiyaları təşkil edib və hüquqi xərcləri qarşılamaq üçün vəsait toplama kampaniyası başladıb.
Qəzet rəhbərliyi isə bu qərarı maliyyə dayanıqlığını və uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün zəruri hesab edir, lakin işçilər bunun jurnalistikanın dəyəri və təhlükəsizliyindən üstün tutulduğunu bildirir.”












