Azərbaycan XİN Pakistana başsağlığı verib

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-nin “X” hesabında məlumat verilib.

“İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.

Düşüncələrimiz və dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05