Ağsuda dəhşətli qəza
Ağsu rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Bico yolunun 7-ci kilometrliyində, Çaparlı kəndi ərazisində qeydə alınıb. 99-GM-480 dövlət nömrə nişanlı, “Opel” markalı minik maşını qarşı tərəfdən gələn 10-UO-130 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Hüseynov Tural Talışxan oğlu, 1968-ci il təvəllüdlü Qasımova Arzu Talışxan qızı, 1977-ci il təvəllüdlü Naibova Gülşən Talışxan qızı, 1976-cı il təvəllüdlü Naibov Rüstəm Arzum oğlu müxtəlif bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.