Ağsuda əməliyyat: “Viza” düzəldən şəxs saxlanıldı

media-hightechnic-468x90

Ağsuda xarici ölkəyə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

O, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa