Aİ-dən rus diplomatları ilə bağlı qərar
NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.
Yenicag.az Report-a istinadən xəbər verir ki, heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Bu səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan–NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.