Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ ölkələri qızıl-zərgərlik məmulatlarının embarqosu və “qara siyahı”nın genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Qərar sabah qüvvəyə minəcək.
Sanksiyalar paketində qeyd edilir:
- Rusiyanın bəzi məmur və qurumlarının aktivləri dondurulacaq.
- Sanksiya siyahısına əlavə olunacaq şəxslərə səyahət qadağası tətbiq olunacaq.
- Rusiyadan qızıl və zinət əşyalarının idxalına qadağa qoyulacaq.
- Daha əvvəl beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılan Rusiyanın ən böyük bankı Sberbank-ın aktivləri dondurulacaq.
- Yeni qərarlar Aİ sanksiyalarını G7 ölkələri ilə uyğunlaşdıracaq.
Bu, mövcud sanksiyaların tətbiqini gücləndirəcək və hüquqi boşluqları dolduracaq.
www.yenicag.az