Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi üzərində işləyəcək.

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Onun fikrincə, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşana qədər Aİ güzəştləri müzakirə etməməlidir.

Kallas hesab edir ki, atılacaq addımlar ardıcıllığına “əvvəlcə ciddi monitorinq sistemi və dəmir qarantiyalarla şərtsiz atəşkəs, sonra isə istənilən danışıqlar daxil edilməlidir.

Bu baş verənə qədər o, 19-cu sanksiyalar paketi üzərində işləyəcəyinə söz verib./APA/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa