Aİ Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib

media-hightechnic-468x90

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni – 20-ci sanksiyalar paketini qəbul edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında bildirib.

“Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nazil olmaq strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər ikisində irəlilədik – Ukraynaya 90 milyard avroluq krediti təsdiq etdik, hansı ki, 2026-2027-ci illərdə hərbi və maliyyə yardımını nəzərdə tutur və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etdik”, – Koşta qeyd edib.

O vurğulayıb ki, 20-ci paketin qəbul edilməsi Rusiyanın müharibəni aparmaq qabiliyyətini azaldır.

Koşta Avropanın Ukraynanı dəstəkləmək yolunda möhkəm dayandığını əlavə edib./apa/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05