!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ailə üçün dəyər" layihəsinə yekun vuruldu - FOTOLAR

!Reklam – Yazi

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə üçün Dəyər!” adlı layihənın icrası başa çatıb.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində yekun tədbir “Azərkitab”ın konfrans zalında baş tutub.

Tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev, “Ədalət” qəzetinin köşə yazarı Etibar Cəbrayıloğlu, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı, “İcmal.az” saytının baş redaktoru Səbuhi Mübarizoğlu və bir sıra qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova sözügedən layihənin məqsədindən danışıb. O, layihə haqqında iştirakçılara məlumat verib. İcraçı direktor ailə hüququnun əsas məqamlarının məsuliyyətinin artırılması və qanunvericilikdə bu məsələnin tənzimlənməsi barədə iştirakçıları məlumatlandırıb.

O, ailə hüququnun əsas məqamlarından olan valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə bu məsələnin tənzimlənməsi barədə iştirakçıları məlumatlandırıb. G.Səfərova Ailə Məcəlləsinə dəyişikliklər edilməsinin vacib olduğunu, ailə məhkəmələrinin yaranmasına ehtiyac yarandığını vurğulayıb.

Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu ailə insititutunun möhkəmləndirilməsinin vacibliyindən söz açıb. Millət vəkili cəmiyyətdə ailənin önəmli rolunun olduğunu bildirməklə yanaşı, bu məsələdə dəyərli sözləri ilə yadda qalıb. O, imperealist qüvvələrin dəyərlərimizə qarşı çox ciddi savaş açdıqlarını bildirdi. Və qeyd etdi ki, ziyalılarımız bu məsələdə kifayət qədər həssas olmalıdırlar: “Ailə milli dəyərlərin, həm də millətçiliyin təməlidir. Azərbaycanda ailə anlayışı hüququn təməlidir. Sağlam ailə təməlləri olmasa, cəmiyyətlər formalaşa bilməz. Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin də əsası ailədən başlayır. Ailə, ailə fərdlərinin sağlam gələcəyi üçün düzgün qərarlar qəbul etmək önəmlidir. Ona görə Zərdüşt deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir”.

Müşfiq Ələsgərlinin çıxışı da bu səpki də olub. O, Azərbaycan cəmiyyətində ailələrin qurulmasında yaranan problemlərdən danışıb: “Toplumda qəribə bir tendensiya mövcuddur. Dünya ölkələri üzrə ən gözəl xanımlar elə Azərbaycan xanımlarıdır. Lakin danılmaz faktdır ki, Avropada adət-ənənə fərqlidir, ailə dəyərləri fərqlidir, bizdə isə fərqli. Düşünmək olar ki, illər keçir və müasir cəmiyyətin, müasir gəncliyin gələcəyə dair planları fərqlənir. Lakin hər bir halda valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşısını almaq üçün ailə dəyərlərinə sahib çıxmaq lazımdır”.

Elçin Mirzəbəyli isə bu məsələdə mətbuatın rolunun böyük olduğunu bildirib. Mirzəbəylinin sözlərinə görə, neqativ xəbərlərə mətbuatda daha az yer vermək lazımdır:
“Cəmiyyətdə müxtəlif səbəblərdən ailə problemləri yaşanır. Ailədə yaranan ən xırda problemlərin belə həll olunmadan üstündən keçilməməlidir. Ailə dəyərləri deyildiyi qədər asan mövzu deyil. Bu mövzu çox dərin və qəliz nüansları özündə birləşdirir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər”.

Ardınca Əliməmməd Nuriyev, Aydın Xan və Aqil Ələsgər mövzu ilə bağlı çıxışları davam etdiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Yenicag.az

COP29

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv