Aktrisadan gəlinləri tənqid edən Xalq artistinə: “Ortada seviləsi oğlan varsa...”

media-hightechnic-468x90

Xalq artisti İlham Namiq Kamalın “indiki gəlinlər müsibətdir” fikri birmənalı qarşılanmayıb. Bəziləri ona haqq qazandırsalar da, bəziləri aktyorun müasir gəlinləri tənqid etməsinə qarşı çıxıb.

Xalq artistinin fikirlərinə münasibət aktrisa Elvina Ağayeva Yenicag.az-a açıqlama verib:

“İlham Namiq Kamalın indiki gəlinlərlə bağlı tənqidi fikirlərinə hörmətlə yanaşıram. Cavab olaraq deyim ki, məncə, elə həm qayınanalar, həm də gəlinlər müsibətdir. Hər iki tərəf də haqlıdır. Əgər ortada seviləsi oğlan varsa, məncə, ən doğrusu qayınana və gəlinin birlikdə qalmamasıdır. Yəni ayrı yaşasalar daha yaxşı olar. Özümə gəlincə, mən musibət gəlin deyiləm, amma nə gizlədim, oğul anası olduğum üçün musibət qayınana ola bilərəm”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600