!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali Məhkəmədə Nurəddin Xocanın kassasiya şikayətinə baxılır

!Reklam – Yazi

Azərbaycan Ali Məhkəməsi bu gün 2019 cu ildən bloklanmış Teref.info saytının redaktoru Nurəddin İsmayılovun kassasiya şikayətinə baxıb.

Jurnalist, 2019-cu ilin mart ayında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Buna səbəb 2018 il mart ayına qədər “Azenerjinin” prezidenti olan Etibar Pirverdiyevin qanunsuz hərəkətləri barədə mütəmadi mediada dərc olumuş yazıları öz saytında, müəllif sayt və qəzetlərə istinadla dərc etməsi olub.

Hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları qınayıb. Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmədə keçirilən məhkəmə iclasında vəkil Elçin Sadıqov çıxış edərək, KİV haqqında qanunun 62 maddəsinə istinadən Teref.info saytının heç bir qanunu pozmadığını, bu itthamların söz azadlığına hücum kimi dəyərləndirildiyini, Avropa konvensiyasının 6,8,10,13,14 və 18 maddələrinin pozulduğunu, ümumiyyətlə bu işin absurd olduğunu deyib.

Vəkildən sonra prokuror ittihamı müdafiə edib.

Ali Məhkəmə tərəfləri dinləyəndən sonra məhkəməni mart ayının 3-nə təxirə salıb.

COP29

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv