!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər pəhriz saxlamadan arıqlamaq üsulunu tapdılar

!Reklam – Yazi

Yapon tədqiqatçıları məşq zamanı artan və yağ yandırmasını sürətləndirən protein variantları müəyyən ediblər.

Yenicag.az xəbər verir ki, “Japan Today” saytının məlumatına görə, Kobe Universitetinin tədqiqatçılarının pəhriz saxlamadan arıqlamağa imkan verəcək yeni bir dərman hazırlamağın yolunu tapıblar. Tədqiqatçılar idman edən insanların skelet əzələlərində “PGC-1a” zülalının müxtəlif variantlarının əmələ gəldiyinə diqqət çəkərək, müxtəlif variantlarda artımın insanların enerji xərclərini artırdığını və bunun da daha çox yağ yandırmasına kömək etdiyini bildiriblər.

İnsanlarda skelet əzələlərini öyrənən tədqiqatçılar alternativ “PGC-1a” variantlarının da məşq zamanı artdığını aşkar ediblər. Qeyd olunub ki, bu variantların istehsalı insandan insana dəyişir və insanlar eyni məşq edərkən belə arıqlamada fərqli nəticələr alınır.

Piylənmənin müalicəsində ümumiyyətlə iştahı küsdürən dərmanlar təyin edilir. Bildirilib ki, son tapıntılarla idman etmədən yağ yandırmağa kömək edəcək yeni dərmanlar tapmaq mümkün ola bilər.

Araşdırma Avropanın “Molecular Metabolism” elmi jurnalında dərc olunub.

İsmayıl Bakuvi

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv