“Alman kəşfiyyatı ABŞ xüsusi xidmət orqanlarından asılıdır”

media-hightechnic-468x90

a318407d75594d2865cf57ad0d212bbfAlmaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler rəhbərlik etdiyi qurumun ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq zamanı bir sıra səhvlərə yol verdiyini etiraf edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, G. Şindler əsas səbəb kimi alman kəşfiyyatının ABŞ xüsusi xidmət orqanlarından asılılığını göstərib.

Bundestaqda keçirilən dinləmələrdə çıxışı edən G. Şindler rəhbərlik etdiyi qurumda daxili araşdırma aparacağını vəd edib.

Qeyd edək ki, aprelin son günlərində “Spiegel Online” nəşri ABŞ kəşfiyyatının 10 il ərzində Almaniya xüsusi xidmət orqanlarının texniki resurslarından istifadə edərək avropalı siyasətçilər, məmurlar və biznesmenləri izlədiyini iddia edib. Bu işlər Almaniya Federal Kəşfiyyat Xidmətinin xəbəri olmadan aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa