Almaniya ikili vətəndaşlığa icazə verəcək

media-hightechnic-468x90

gfhgfgdre Almaniya vətəndaşlıqla bağlı gözlənilən qərarını verdi.

Almaniya Nazirlər Kabinetinin Almaniyada doğulan miqrant uşaqlarının həm alman pasportu sahibi olub, həm də valideynlərinin ölkəsinin vətəndaşlığını qoruya bilməsini təmin edəcək qanun layihəsini qəbul edib.

Almaniya Federal Ədliyyə naziri Hayko Maas Nazirlər Kabinetinin iclasından sonra qanun layihəs ilə bağlı məlumat verib:   “Almaniyanın Vətəndaşlıq Aktı artıq təkminləşir. Bundan sonra ailələr övladları barədə qərar verərkən seçim qarşısında qalmayacaqlar və övladları birbaşa ikili vətəndaşlığa sahib olmaq hüququ qazanacaqlar”.

Qanuna görə, Almaniyada doğulmuş, 21 yaşı tamam olmuş, səkkiz il Almaniyada yaşamış və ya altı il bu ölkədə təhsil almış şəxslər ikili vətəndaşlığa sahib olacaqlar.

Bundan əlavə Almaniyada orta təhsil və ya peşə təhsili diplomu almış şəxslər ikili vətəndaşlıqdan faydalanacaqlar.

Qanun layihəsinin bu il ərzində reallaşacağı gözlənilir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600