Almaniya İrəvana bir layihə üçün bu qədər pul verəcək
İyunun 26-da Ermənistan hökuməti Ermənistan və Almaniya arasında maliyyə əməkdaşlığı haqqında Sazişi təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu saziş maliyyələşdirmə və ya kreditləşmə və tərəflər arasında əməkdaşlıq üzrə ayrıca sazişlərin bağlanması üçün əsas olan müvafiq hüquqi bazanı təmin edir.
Saziş “Bərpa olunan enerji və enerji səmərəliliyinin İnkişafı: IV Faza” layihəsi üçün Kreditin Bərpa Bankından 26 milyon avroya qədər kredit və yuxarıda qeyd olunan layihənin həyata keçirilməsi üçün zəruri olan əlaqəli fəaliyyətlər və məsləhət xidmətləri üçün 2 milyon avroya qədər qrant nəzərdə tutur.
Bundan əlavə, Almaniya hökuməti Ermənistana və ya iki hökumət tərəfindən birgə seçiləcək digər borcalanlara “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı: V Faza” layihəsi üçün 40 milyon avroya qədər güzəştli kredit, habelə layihənin həyata keçirilməsi üçün zəruri olan 1 milyon avroya qədər qrant verəcək.