!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Almaniya klubunun futbolçusu "Qəbələ"də? - Açıqlama

!Reklam – Yazi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” növbəti transferinə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Hollandiya mətbuatı çıxış edib.

Yayılan məlumata görə, “qırmızı-qaralar” Almaniyanın II Bundesliqasında çıxış edən “Nürnberq”in futbolçusu Deyv Bulteyslə müqavilə imzalayacaq.

Məsələyə aydınlıq gətirmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Saytımıza açıqlama verən klub rəsmisi, futbolçu ilə danışıqlar aparıldığını təsdiqləyib. Ancaq Əzizov, transfer məsələsinin dəqiqləşmədiyini bildirib.

Qeyd edək ki, müdafiəçi “Nürnberq”ə 2014-cü ildə “Utrext”dən keçib. Hollandiyalı ötən mövsüm meydana çıxdığı 23 qarşılaşmada 1 qol vurub, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.

Yenicag.az

www.yenicag.az

889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv