Almaniyada məscidə basqın edilib
Almaniyada İŞİD terrorçu qruplaşması ilə yaxınlığı güman edilən məscidə basqın olub.
Almaniyanın Bremen şəhərində islam dini ilə bağlı fəaliyyətləri ilə tanınan dərnəklərdən birinə məxsus məsciddə polis tərəfindən əməliyyat keçirilib.
Cümə namazından sonra yüzlərlə polis məscidə daxil olub. Məsciddəkiləri bayıra çıxaran alman polisi daha sonra həmin yerin bağlanılması barədə əllərində qərar olduğunu diqqətə çatdırıb.
Məsciddə İŞİD təbliğatının edilməsi, moizələrdə imamların camaatı cihada çağırması, eləcə də içərilərindən kimlərisə seçib terror qruplaşmasına üzv olmağa göndərdikləri iddia edilir. Bunu Bremen daxili işlər senatoru Ulrix Maurer söyləyib.
Qeyd edək ki, dərnək üzvləri arasından bu günə qədər Suriya və İraqda İŞİD-ə qoşulmaq üçün 8 kişi, 7 qadın və 11 uşağın getdiyi müəyyən edilib. (anspress.com)