Cem Özdəmir ismi bir anda gündəmdə yerini aldı. Almaniya Parlamentinə yalançı erməni soyqırımını tanıma layihəsini təqdim edən “türk” vəkil Türkiyə haqqında “qatillər” deyərək, bəhs etdi.
Yaşıllar partiyasının türk əsilli həmsədri Cem Özdəmirin PKK və Ermənistanla olan isti münasibəti artıq ifşa edilib. İrəvanda yalançı soyqırım abidəsini ziyarət edib, Sarkisyan və PKK-nın siyasi qanadı ilə çox səmimi pozlar verən Cem Özdəmir bütün türk düşmənləri ilə qardaşdır. Eyni zamanda Gülən mediası ilə(http://tr.euronews.com/2016/03/07/cem-ozdemir-den-ab-ye-zaman-mesaji/).
Yenicag.az xəbər verir ki, bir zamanlar “Today`s Zaman”da köşə yazarı olan Cem Özdəmir eyni zamanda Paralel Dövlət Terror Şəbəkəsini də açıq şəkildə dəstəkləyir. “Zaman” qəzetinə Türkiyədə qəyyum təyin ediləndən sonra fətullahçılar məhz onun dəstəyi ilə Almaniyada eyni adlı qəzetin çapını bərpa ediblər. C.Özdəmir bunu öz səhifəsindən paylaşıb.
Bu səbəbdən də, Cem Özdəmirin erməni nişanı taxaraq, alman parlamentinə təqdim etdiyi “Erməni soyqırımı” layihəsinə ən böyük dəstəyi “Today`s Zaman”ın baş redaktoru Bülent Keneş və digər fətullahçılar verdi. Özlərinin sosial soyqırıma məruz qaldığını iddia edən B.Keneş “Sadəcə Hizmətə edilən zülmlər deyil, şəhərlərin aylarca bombalandığı bir ortamda “soyqırım yoxdur” demək çətindir” yazdı.
Qeyd edək ki, Türkiyədə ilk dəfə soyqırımı tanıyan Gülən olub. Belə ki, onun 1965-ci ildə erməni patrikinə yazdığı məktubda bu cümlələr yer alıb: “1915-ci ildə ermənilərə qarşı törədilən böyük soyqırımı lənətlə yad etməsəm olmaz. Qətl edilən insanları dərin sayğı ilə anıram”.
Yenicag.az
www.yenicag.az