Amaliya Pənahova kövrəldi: “8 ildir onsuzam” – FOTO

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahovanın mərhum həyat yoldaşı, tanınmış diktor Yusif Muxtarovun anım günüdür.

Yenicag.az xəbər verir ki, aktrisa Feysbuk səhifəsində ömür-gün yoldaşının fotosunu paylaşaraq, onu belə yad edib:

“Bu gün ömür-gün yoldaşım Azərbaycan radiosunun görkəmli diktoru Yusif Muxtarovun anım günüdür. Allah rəhmət eləsin. Səkkiz ildir onsuzam. Səkkiz ildir sirdaşsızam”.

Qeyd edək ki, əməkdar artist Y.Muxtarov uzun illər Dövlət Radio və Televiziya şirkətində diktor kimi fəaliyyət göstərib. Eyni zamanda, bir çox filmlərdə və televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. O, 2010-cu ildə ürək tutmasından dünyasını dəyişib.

Nehru

COP29