AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il və gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 70 ABŞ dollarından çox olacağını gözləyir.

Yenicag.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“İyunda bununla bağlı daha dəqiq proqnoz verəcəyik”, – deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, bu il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 304 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AMB-nin bu ilin yanvar ayında açıqladığı proqnozlara görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olmalı idi./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600