AMEA-da struktur dəyişikliyi

media-hightechnic-468x90

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Akademiyadan Yenicag.az-a verilən məlumata görə, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev və vitse-prezident, akademik Rasim Əliquliyev iştirak edib.

Tədbirdə struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verilib.

Elmi Şuranı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb. Bildirib ki, iclasın keçirilməsində məqsəd Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi iclasında seçilmiş və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Fizika İnstitutunun direktoru akademik Arif Həşimovu kollektivə təqdim etməkdən ibarətdir. O, akademikin elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, A.Həşimov 1971-ci ildən Fizika İnstitutunda işləyir. A.Həşimovun tanınmış alim, akademik Çingiz Cuvarlı məktəbinin yetirməsi olduğunu və bu məktəbin ənənələrini layiqincə davam etdirdiyini vurğulayıb. Akademik D.Tağıyev bildirib ki, Fizika İnstitutu Akademiyanın işçilərin sayına görə ən böyük institutlarındandır və həmişə dünyada tanınan qabaqcıl institutlarından olub. O, bundan sonra da İnstitutun inkişaf edəcəyinə və həmişə olduğu kimi irəlidə olacağına ümid etdiyini bildirib.

Akademik Rasim Əliquliyev AMEA-nın Ümumi Yığıncağında AMEA nizamnaməsində dəyişiklər olacağını qeyd edib. Vurğulayıb ki, yeni struktur dəyişikliyinə əsasən, baş direktor və icraçı direktor vəzifəsi təsis edilib. İnstitutun icraçı direktor vəzifəsini fizika elmləri doktoru, professor Anar Rüstəmovun icra edəcəyini bildirib.

media-ziraat-728x90

AMEA-da struktur dəyişikliyi

media-hightechnic-468x90

50600Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında struktur dəyişiklikləri davam etdirilir.

Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunmuş qərarla aparatın Təhsil və kadrlar, Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri ləğv edilib. Ərizə və şikayətlər, Kadrlar və qanunvericilik təminatı şöbələrindən ibarət Hüquq və Kadrlar İdarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.

Qərarın digər bəndinə əsasən, Mərkəzi Aparatın Təhsil şöbəsi yaradılıb və Nuridə Quliyeva şöbənin rəisi təyin olunub. “Elm qəzet”i, “Elm və həyat” jurnalı, www.science.az veb-portalı və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi də yaradılıb.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, struktur islahatlarında məqsəd akademiyanın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların hədəflərindəndir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600