“Amerika tarixində Trampla müqayisə edilə bilən prezident yoxdur”.
Yenicag.az xəbər verir ki, bunu Donald Trampın yenidən prezident seçilməsinin perspektivlərindən danışan siyasi elmlər professoru Cek Rakov deyib.
Onun sözlərinə görə, Donald Trampın bütün mübahisəli ştatlarda yüksək qələbəsi hər kəsi şoka salıb.
“ABŞ-də humanitar və sosial elmlər sahəsində əksər akademiklər sola meyl edir. Harrisin çox optimist kampaniya apardığını və amfiteatrları doldurduğunu gördük. Halbuki Tramp aksiyalara gedəndə, ümumiyyətlə, kampaniya aparmır. Amerika tarixində Trampla müqayisə edilə bilən prezident yoxdur. Onu başqa prezidentlə müqayisə etməyin də mənası yoxdur. Trampın nə siyasi təcrübəsi, nə də vəzifəsi olub. Siyasətə bir növ alçaq iş adamı və media ulduzu kimi daxil olub. Biz həqiqətən qarşıdakı dörd il ərzində nə olacağını bilmirik”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az