Amerikalı diplomatı Bill Riçardson vəfat etdi

media-hightechnic-468x90

ABŞ-nin keçmiş diplomatı və energetika naziri Bill Riçardson 75 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Riçardson Massaçusetsdəki bağ evində yuxuda olarkən ölüb.

Riçardson 1947-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub.

O, ilk dəfə 1983-cü ildə Nyu-Meksikodan ABŞ Nümayəndələr Palatasına seçilib.

1997-1998-ci illərdə Bill Klinton administrasiyasında ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb. O, 1998-2001-ci illərdə ABŞ Energetika Nazirliyinə rəhbərlik edib. 2003 – 2011 illərdə Nyu-Meksiko ştatının qubernatoru olub.

Son illərdə o, Rusiya Federasiyası ilə ABŞ arasında əsirlərin mübadiləsinə dair dialoqda qeyri-hökumət təşkilatı kimi iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600