Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status…

media-hightechnic-468x90

jhgjjhiu8ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb.

O, görüş haqqında təəssüratlarını bölüşüb. “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür”.

Erməni mətbuatı isə Ceyms Uorlikin Tvitterdəki başqa cümləsinə diqqət ayırıb. Onlar Qarabağ konfliktində artıq ABŞ-ın öz mövqeyini tam ortaya qoyduğunu yazıblar. Ceyms Uorlikin “konflikt “Dağlıq Qarabağ”la Azərbaycanın arasındadır” deməsi ölkə mətbuatının gündəmində əsas hadisəyə çevrilib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600