“Amnesty International” təkzib etdi

media-hightechnic-468x90

08b667a8b5a0b5e0bf2e018e6b898548Beynəlxalq qurum bu barədə yayılan məlumatları təkzib edib

“Amnesty International” Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

Bunu “Amnesty International”ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.

Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, “Amnesty International”-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: “Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb”.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər “Amnesty International”ın Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600