“Amulinin ayağına gedənlər vətəndaşlıqdan məhrum edilsin” - Azər Həsrətin təklifinə Akif Nağı nə dedi?

media-hightechnic-468x90

“Amulinin ayağına gedən şəxslər Azərbaycan vətəndaşlığından məhrum edilsin!”

media-banner_tuq

Azərbaycandan bir qrup şəxsin İrana səfər edərək Ərdəbilin cümə imamı Həsən Amuli ilə görüşməsi və İrana dəstək nümayiş etdirməsi ölkədə geniş müzakirələrə səbəb olub. Yenicag.az siyasilərin məsələyə münasibətini öyrənib.

media-d28d46e6-5cbb-436f-a5c9-9def7c67199d

Siyasi şərhçi Azər Həsrət bu şəxslərin İrana gedərək Amuli ilə görüşünü sərt tənqid edib və həmin şəxslərin ciddi nəzarət altına alınmalı olduğunu bildirib:

media-70e1fc0b-1b15-4fed-b7ae-0a474f20147b

“Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının belə davranışı heç bir halda məqbul sayıla bilməz. Hesab edirəm ki, indiki həssas məqamda Azərbaycandan bu cür addım atan şəxslərlə bağlı dövlət tədbir görməlidir. İndiki hadisələr fonunda kimlərinsə İrandakı qaniçən rejimə bu və ya digər formada rəğbət bəsləməsi ciddi nəzarətdə saxlanılmalıdır. Eyni zamanda, heç nəyə baxmadan, hətta Azərbaycan dövlətinin və ictimai rəyinin əksinə gedərək İrandakı rejimi dəstəkləyənlərin vətəndaşlıq məsələsi gündəmə gətirilməlidir. Bu yaxınlarda Bəhreyn Krallığı analoji addımı atdı: İrandakı rejimə, xüsusilə “Hizbullah” və bənzər terror təşkilatlarına rəğbət bəsləyənləri vətəndaşlıqdan çıxardılar.

Sən bir ölkənin vətəndaşı olaraq, onun ideologiyasına daban-dabana zidd olan bir rejimi dəstəkləyə bilməzsən. Əgər dəstəkləyirsənsə, deməli, öz dövlətinə arxa çevirirsən. Belə olan halda dövlətin haqqı var ki, səni vətəndaşlıqdan çıxarıb, həmin ölkəyə göndərsin get, o sevdiyin dövlətin yanında ol. Kimlərsə bu gün terrorçu rejimi dəstəkləyirsə, bu, həmin rejimlərin məsuliyyətini paylaşmaq deməkdir. O cümlədən, Azərbaycan vətəndaşları Amuli kimi ölkəmizə kin qusan bir adamın hüzuruna gedib təmtəraqla şəkil çəkdirirsə, o adamların Azərbaycan dövlətinə sədaqəti şübhə altına alınmalıdır. Bir Azərbaycan vətəndaşı olaraq arzu edirəm ki, hüquq-mühafizə orqanları və dövlət təhlükəsizliyinə məsul qurumlar bu məsələni ciddi şəkildə diqqətə alsınlar. Çünki Azərbaycan hamımızın vətənidir və buranın təhlükəsizliyi hər birimizin təhlükəsizliyi deməkdir. Kimlərsə Azərbaycana vaxtaşırı dil uzadan Amuli kimi adamların ayağına gedib baş əyirsə, həmin şəxslərlə bağlı qəti tədbir görülməlidir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə mövzu ilə bağlı saytımıza verdiyi açıqlamada belə səfərlərin yalnız dövlət maraqları çərçivəsində keçirildiyi təqdirdə normal sayıla biləcəyini qeyd edib.

O vurğulayıb ki, bu kimi səfərlərdən müvafiq dövlət qurumları məlumatlı olmalı və dövlətin siyasi xəttindən kənara çıxılmamalıdır:

“Azərbaycan İranla da digər dövlətlər kimi normal münasibətlər saxlayır. Son hərbi əməliyyatlar zamanı Azərbaycan İrana dəfələrlə humanitar yardım göstərib. Doğrudur, ara-sıra qarşıdurma meylləri baş verir, lakin Azərbaycanın apardığı düzgün siyasət nəticəsində İran rəhbərliyi başa düşdü ki, ölkəmizlə normal münasibət saxlamaq onların da maraqlarına cavab verir. Azərbaycan öz tərəfindən humanist mövqeyini nümayiş etdirməkdədir.

İndi də müxtəlif ictimai qruplar səviyyəsində təşəbbüslər ola bilər, necə ki, Azərbaycan və Ermənistan arasında belə səfərlər həyata keçirilir. Lakin burada bir neçə vacib məqama diqqət edilməlidir bu, özfəaliyyət formasında olmamalı, müəyyən çərçivələr daxilində keçirilməli və dövlət qurumları məlumatlandırılmalıdır. Digər məqam isə bu həmrəyliyin mahiyyətidir  bu, məzhəb həmrəyliyidir, yoxsa dövlətlərarası münasibət? Dövlətin maraqları həmişə hər şeydən üstün tutulmalıdır. İran özü də dini-ideoloji maraqları dövlət maraqlarından üstün tutmamalıdır. Azərbaycan dövlət maraqlarını ali tutan ölkədir. Bu gün istər şiə, istər sünni, istərsə də digər məzhəblərin nümayəndələri eyni amala xidmət edə bilər, lakin hər bir Azərbaycan vətəndaşı dövlətimizin mənafeyini hər şeydən uca tutmalıdır. Bunu unutmaq olmaz”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05