Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə tədbirlərin birinə qızı Nilgün və anası ilə qatılıb.
Yenicag.az-ın suallarını cavablandıran Nilgün anasının ona qadağa qoymadığını bildirib:
“Əlbəttə məşhurun qızı olmaq biraz çətinlik yaradır. Getdiyim yerlərdə diqqət mərkəzində oluram. O sərt ana deyil, heç vaxt mənə qadağa qoymayıb. Mənə bir şəxsiyyət kimi baxıb. Amma anamın insanlar tərəfindən sevilməsi mənə xoşdur. Mən onun bütün mahnılarının vurğunuyam”.
Qızından danışan bəstəkar onun həmişə mediadan qaçdığını deyib:
“Qızım diqqət mərkəzində olmağı xoşlamır. Deyir ki, ana məşhur olan sənsən, mən deyiləm. O da yaradıcı qızdır, gələcəkdə rəssam olmaq arzusundadır”.
Qeyd edək ki, Nilgünün 14 yaşı var, ailənin yeganə övladıdır.
Cəvahir
Foto: Cəmalə
www.yenicag.az