Ananas qutularından 7 ton kokain çıxdı
Kolumbiyanın Kartaxena şəhərində hüquq-mühafizə orqanları tərəfindən son 8 ilin ən böyük narkotik əməliyyatı keçirilib.
Hərbi Dəniz Qüvvələri (HDQ) və polis tərəfindən keçirilən əməliyyatda 7 tondan çox kokain ələ keçirilib.
Bu barədə ölkənin Mili Müdafiə naziri Xuan Karlos Pinson məlumat verib.
“Bu, polis və HDQ-nin həyata keçirdiyi əla əməliyyat idi. Bu əməliyyat Kartaxena tarixində ən böyük əməliyyat hesab olunur. Yük Hollandiyanın Rotterdam limanına göndərilməli idi”, – deyə nazir bildirib.
Polisin məlumatına görə, kokainlər ananas qutularının içində gizlədilib. əməliyyat aprelin 8-də keçirilsə də, bu haqda məlumat yalnız 1 gün sonra verilib(axar.az).