Ancelina Coli Ukraynada - VİDEO

media-hightechnic-468x90

Bu gün, aprelin 30-da məşhur Hollivud aktrisası Ancelina Coli Lvovda görüntülənib. O, “Lvov kruasanları” kafesində kameraların obyektivinə tuş gəlib.

Yenicag.az xəbər verir ki, dünya kino ulduzu Ukraynaya kömək etmək üçün BMT əməkdaşları ilə birlikdə Lvovda olub.

“Xüsusi heç nə yoxdur. Sadəcə Lvov. Sadəcə qəhvə içməyə getdim. Sadəcə Ancelina Coli. Sadəcə bütün dünya Ukraynanı dəstəkləyir” – deyə aktrisanı lentə alan Maya öz videosuna şərh verib.

Qeyd edək ki, Ancelina Coli Ukraynada müharibənin ilk günlərindən Ukrayna xalqını dəstəkləyir və evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara yardımın təşkilində fəal iştirak edir. Bundan əvvəl o, Ukraynadan olan qaçqın uşaqların qaldığı Romadakı Pediatrico Bambino Gesu xəstəxanasında olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600