Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Android" işlədənlərin DİQQƏTİNƏ - Silinməyən yeni virus yayıldı

“Android” smartfonlara heç cür silinməyən “Xhelper” adlı virus yoluxur.

Yenicag.az xəbər bildirir  ki, “Symantec” şirkətinin mütəxəssisləri “Android” cihazlarını yüksək temp ilə yoluxduran “Xhelper” adlı yeni zərərli proqram təminatından xəbər veriblər. İlk dəfə sözügedən virus bu ilin mart ayında aşkar edilmişdi və həmin vaxtdan bəri o, sürətli şəkildə yayılıb. Bu virusun yoluxma mənbələri arasında redirektlər və “Android” istifadəçilərini tətbiqlərdən ibarət səhifələrə yönləndirən şübhəli saytlar var. İşə salınandan sonra bu zərərli proqram təminatı özünü əsas xidmət funksiyası kimi qeydiyyatdan keçirdir.

Bu üsul ilə o, cihaz daxilində yaddaşın çatışmazlığı halında deaktiv olunma riskini azaldır. “Xhelper” adlı virusun məqsədi çox sadədir: O, istifadəçiyə çoxlu sayda reklam elanı və spam göndərir. Həmin reklam elanları və spamlar isə istifadəçini “Google Play”ə yənləndirərək müxtəlif tətbiqlərin yüklənməsini təklif edirlər. Hər bir yüklənmədən “Xhelper” tərtibatçıları faiz əldə edirlər. Mütəxəssislərin hesablamalarına əsasən bu virus artıq 45.000 smartfona yoluxub və hər ay bu göstəriciyə 2400 ədəd cihaz əlavə olunur.

Maraqlısı ondadır ki, “Xhelper”i smartfondan silmək qeyri mümkündür. Belə ki, o özünü ayrıca avtonom xidmət kimi quraşdırır. Hətta əməliyyat sisteminin ayarlarında silinmə və cihazın ilkin əməliyyat sistemi ayarlarına qaytarılması da kömək etmir. Hələ ki, bu virusun yayılma kanallarını aşkar etmək mümkün olmayıb. Lakin məlum olub ki, “Xhelper” yalnız müəyyən markalı smartfonlara yoluxur. Söhbətin hansı smartfon modellərindən getdiyi barəsində isə məlumat verilməyib.

www.yenicag.az

336
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM