!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Angela Merkelin Azərbaycan səfəri başa çatdı - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

10:29

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verdi.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamladı.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçdi.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdirdilər.

***

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də Azərbaycan Respublikasına səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

www.yenicag.az

2364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv