Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Anoreksiya xəstəsi gözəllik müsabiqəsində birinci oldu - FOTO

Ailəsi də, həkimlər də 6 il ərzində anoreksiya ilə mübarizə aparan gənc qızın həyatda qalacağına ümidini üzmüşdü artıq. Lakin o, möcüzəvi bir şəkildə həyata qayıdır.

Nikola King 16 yaşından etibarən aldığı hər kalorini saymağa başlayır və qısa müddət sonra anoreksiya xəstəsi olur. Son 6 həftə ərzində isə yeməyi tam rədd edir, hətta bu müddət ərzində su belə içmir. Gənc qızın saçları tökülməyə başlayır, menstruasiyadan kəsilir və davamlı ağrıları baş qaldırır. Nəticədə 25 kilo arıqlayan Nikola həkimlərin ciddi nəzarətinə götürülür.

Həkimlər onun ailəsinə həyati orqanlarının sıradan çıxmağa başladığını və qızları ilə vidalaşmağı söyləyirlər. Ancaq gənc qızın həyatdan imtina etməyə heç niyyəti olmur. Nikola 3 həftə süni yolla qidalanır. Sonra isə yavaş-yavaş həyata qayıtmağa başlayır. Bir müddət sonra evinə dönür. İdmanla məşğul olmağa və nizamlı qidalanmağa başlayır. 2015-ci ildən isə o, bədən quruluşunu formaya salan idman məşqləri edir. Elə bu da onun bütün həyatını dəyişir.

Ötən gün 24 yaşlı Nikola sağlam qidalanma və idman sayəsində qovuşduğu ideal bədən quruluşuna görə müsabiqədə qalib olub.

Yeniçağ.az  lent.az-a istinadən Nikola Kingin əvvəlki və sonrakı halını göstərən fotoları təqdim edir:

Yeniçağ.az

Loading...

www.yenicag.az

698
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100