!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb

!Reklam – Yazi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 10 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 113 ərzaq satışı mağazası olmaqla ümumilikdə 154 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Neskafe”, “Aqil”, “Diamond 1”, “Çinar” və “Günay” marketlər, Quliyev Eldar Əliağa oğluna, Qurbanov Mehran Hacı oğluna, Qədirov Qədir Möhlət oğluna, Əliyeva Səbinə Sabir qızına, Əliyev Osman Cəlal oğluna, Piriyeva Kifayət Bəxtiyar qızına, Seyidov Rəşad Rövşən oğluna, Namazov Bəhruz Kamal oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonunda “Fərid”, “Yol”, “Efes” marketlər

Sumqayıt şəhərində “Gündüz”, “Mikayıl” və Rəcəbli Ayət Nazim oğluna məxsus ərzaq mağazaları

Xaçmaz rayonunda Həbibova Gülnarə Hacıbaba qızına məxsus “Mərkəzi bazar”ı (fəaliyyəti məhdudlaşdırılıb)

Quba rayonunda Süleymanov Rasif Aydın oğluna və Məmmədova Gülnarə Qədir qızına məxsus marketlər

Göyçay rayonunda Qəhrəmanov Ələkbər Rizvan oğluna, Babayev Pərviz Çingiz oğluna, İbrahimov Kamal İmran oğluna, Dəmirov Ramin Hacıbaba oğluna, Dəmirov Toğrul Hacı oğluna məxsus ərzaq mağazaları və “Oba” market

Ağsu rayonunda Orucov Sadiq Vahid oğluna məxsus restoran, Salmanlı Sahil Binas oğluna məxsus dönərxana, Şıxıyev Fərhad Sabir oğluna məxsus kafe, Qarayev Cəlal Aslan oğluna, Mustafayev Vasif Qəhrəman oğluna və İmanov Kamran Qürbət oğluna məxsus kafelər (son 3 kafenin fəaliyyəti məhdudlaşdırılmışdır)

İsmayıllı rayonunda Hüseynov Ağaələkbər Abdulla oğluna məxsus ət satışı mağazası və Mustafayev Həqiqət Xalı qızına məxsus “Mustafa” market

Tərtər rayonu, Dörd Yol qəsəbəsində Əliyev Şəhriyar Zaman oğluna məxsus dönərxana, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Əliyev Rəşad Bəhmən oğluna, Quliyeva Pərvanə Bakir qızına və Məmmədov Cavid Vilayət oğluna məxsus ərzaq mağazaları

Balakən rayonunda Muradov Tamazi Novruz oğluna məxsus market, Xudayev Həsən Osman oğluna məxsus kafe

Qəbələ rayonunda Kərimov Mənsur Eldar oğluna və Kazımov Nizami Mövsüm oğluna məxsus ərzaq mağazaları

Oğuz rayonunda İbrahimov Gündüz Bəhram oğluna məxsus ərzaq mağazası

Göygöl rayonunda “Sevimli”, “Miramal”, “Leyla”, “Kirvə” marketlər, Hüseynova Səidə Telman qızına, Məmmədov Elnur Malik oğluna, Xuduyev Rasim Qəhrəman oğluna,Qocayev Arzuman Bəndalı oğluna və Ələkbərov Abil İdris oğluna məxsus ərzaq mağazaları

Qazax rayonunda “Xanlıqlar”, “Yelkən”, “Dostlar”, “Ağbulaq” kafelər, Cəfərov Məhəmməd Telman oğluna məxsus “R.T” ərzaq mağazası

Tovuz rayonunda “Araz” kafe

Ağstafa rayonunda “İpək yolu” kafe

Zərdab rayonunda “Novruz”, “3 qardaş”, “Dayanacaq”, “Beko”, “Zərdab”, “Taxtalı”, “Dalğalı” kafelər, Məmmədov Müşfiq Məhəmməd oğluna məxsus kafe

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

COP29

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv