Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Araz Abdullayev Kipr çempionatında ilk qolunu vurdu - VİDEO

Reklam: Sinerji Pro

Futbol üzrə Kipr çempionatında 13-cü turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “AEL Limassol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Abdullayev vurub. Millimizin üzvü 12-ci dəqiqədə hesabı açsa da, komandası bu üstünlüyü qoruya bilməyib. Bu, onun Kipr çempionatında ilk qoludur.

Geridə qalan turlarda 27 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdir.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi müqavilə ilə “Qəbələ”yə məxsusdur.

www.yenicag.az

2410
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM