Araz çayında boğulan yeniyetmənin cəsədi tapıldı

media-hightechnic-468x90

Saatlı rayonu ərazisində Araz çayında boğulan yeniyetmənin cəsədi tapılıb.

Yenicag.az xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında tapılıb. Cəsəd müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600