Arif Hacılı Səyavuş Novruzovdan danışdı

media-hightechnic-468x90

arif“Partiyanıln rəhbərliyi demək olar ki, artıq dəyişib”
Bu gün saat 14-də Müsavat Partiyasının qərargahında partiyanın başqanı Arif Hacılı partiya rəhbəri qismində ilk mətbuat konfransını keçirib.

YENİCAG.AZ Musavat.com-a istinadən xəbər verir ki, A.Hacılının illk açıqlaması Qarabağ münaqişəsi ilə bağlı olub. O, Azərbaycan və Ermənistan prezidentlərin Paris görüşü barədə danışıb və bildirib ki, imitasiya siyasətinə son qoyulmalıdır.

Sonra A.Hacılı kəlbəcərli girovlara qurulan məhkəmə prosesindən danışaraq deyib ki, bu məhkləmə yox, məzhəkədir: “Azərbaycan dövləti hansı yolla olur-olsun girovları azad etməlidir”.

Müsavat başqanı siyasi məhbusların azad olunmasını tələb etdiklərini də bildirib.

Ukraynada keçirilən parlament seçkilərindəın bəhs edən A.Hacılı deyib ki, Ukraynada avroainteqrasiya tərəfdarlarınln qalib gəlməsi Azərbaycanın da maraqlarına uyğundur: “Yaxın vaxtlarlarda Azərbaycanda avrointeqrasiya məsələsinin aktuallaşacaq və Müsavat bu prosesdə öndə gedəcək”.

Müsavat başqanı Qubad İbadoğlunun təqdim etdiyi arayışa MNTK-nın rəyindən də danışıb. O bildirib ki, bu rəydə seçkinin azad demolkratik keçdiyini göstərib: “Müsavat bu qurultay ilə Azərbaycana bir sıra demokratiya nümunələri təqdim etdi. Seçki kampaniyası alternativ qaydada keçib. Paritet əsasda seçki komissiyası formalaşıb. Qurultay bitib və bir aydan artıq vaxt keçib. Ona görə də bu məsələlər artıq yekunlaşdırılmalıdır”.

A.Hacılı deyib ki, yaxın vaxtlarda partiya Məclsiinin sədri seçiləcək, İcra Aparatına rəhbər təyin oluanacaq: “Partiyanıln rəhbərliyi demək olar ki, artıq dəyişib. Müsavatın ideoloji siyasi xəttinə uyğun olaraq fəaliyyətimizi davam etdirməliyik. Müsavat Məclisi bələdiyyə seçkilərindəı üzvlərin sərbəstliyi barədə qərar qəbul edib. Üzvlərimiz bu qərara uyun olaraq addımlar atacaqlar”.

Müsavat başqanı bildirib ki, partiya gələn həftə zona müşavirələri keçirmək niyyətindədir: “Hər həftə Divanıln toplantısı keçirilir. Qurultaydan sonra iki dəfə Məclisin toplanıtısı keçirilib. Müavinliyin hər həıftə toplantısı olub. Son bir neçə il ərzində ilk dəfə ki, son iki ildə bu həftə Divan tam tərkibdə toplanıtısını keçirdi. Həbsdə olan Divan üzvləri istisna olmaqla bütün Divan üzvləri iclaslda iştirak edib. MNTK formalaşıb. Rayon təşkilatlarında strukturların hamısı fəaliyyətini gücləndirəcək. Müsavatın fəaliyyətinin çevikliyinin yaxın zamanlarda şahidi olacaqsınız”.

A.Hacılı yaxın vaxtlarda müxalif siyasi təşkilatlarla, o cümlədən AXCP ilə də müttəfiqlik istiqamətində addımlar atmaq niyyətində olduğunu deyib

O, bildirib ki, heç kəsin Müsavatdan getməsinin tərəfdarı deyil: “Hamınıln birlikdə fəaliyyət göstərməsinin tərəfdarıyam. Müsavat vahid bir komandadır. Hər kəsi 27 sentybardan əvvəl tutduğu mövqeni unutmağa çağırıram”.

Müsavat başqanı bildirib ki, partiya 4 ildən bir qurultay keçirməlidir: “Biz Siyavuş Novruzovun istəyi ilə yox, Müsavatın nizamnaməsi ilə hərəkət edirik. Nizamnamə 4 ildən bir qurultay keçirilməsini tələb edir. Yaxın vaxtlarda qurultay keçirmək planı yoxdur”.
Qeyd edək ki, YAP rəhbərlərindən olan S. Novruzov mediadə bəyan edib ki, Müsavat yenidən qurultay keçirməlidir.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600