Arif Hacılıdan o şəkilə reaksiya gəldi

media-hightechnic-468x90

10544375_912492372112687_9144490196600051958_nMüsavat başqanı Arif Hacılıdan millət vəkili İqbal Ağazadə ilə birlikdə çəkdirdikləri şəkilə reaksiya gəlib. Yenicag.az xəbər verir ki, başqan şəkilin həbsxanadan çıxdığı dövrdə çəkildiyini bildirib: “Bu şəkil 2005 və ya 2006-cı ildə həbsdən yeni çıxdığımız vaxtlarda çəkilib. Qonaqlarım arasında başqa 16 oktyabr məhbusları da var. Şəklin müəllifi Rauf Arifogludur. Bir neçə il əvvəl bu şəkli ilk dəfə mətbuata da o vermişdi. Şəklin üzərindəki yazı da ona məxsusdur”. Arif Hacılı zarafatından da qalmayıb: “Billsəydim ki, çəkir düymələrimi bağlayardım”.

Qeyd edək ki,  Arif Hacılı, Rauf Arifoğlu, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli, Pənah Hüseyn, İlqar İbrahimoğlu və digərləri həbsdən çıxdıqdan sonra  çox vaxt bir arada görünürdülər. Bu şəklin də həmin dostlar məclisində çəkildiyi görünməkdədir.  Görünən odur ki, Müsavatdakı müxaliflərin yeni başqana qarşı arqument bazası tükəndiyindən dostlar məclisində çəkilən və siyasətdə rəqib olan insanların qeyri-siyasi ortamdakı səmimi görüntülərini sərgiləyən şəkildən təxminən 9 il sonra istifadə etməyə çalışırlar.

Xatırladaq ki, Müsavat başqanının son həbsi zamanı 2003 – cü il 16 oktyabr hadisələrinə görə Arif Hacılı ilə birlikdə məhkum edilmiş keçmiş məhbuslar Sərdar Cəlaloğlu, İbrahim İbrahimli, İqbal Ağazadə, Etimad Əsədov, Rauf Arifoğlu və Pənah Hüseyn hakimiyyət orqanlarına Arif Hacılının azadlığa buraxılması xahişi ilə müraciət ünvanlamışdı. Bu şəkil də o zaman Arif Hacılı ilə bağlı xatirələr ilə bərabər paylaşılmışdı.  

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600