“Artsax” məsələsi Şahramanyanla birgə bağlandı

media-hightechnic-468x90

İrəvanda bir neçə gündür ləğv olunmuş Artsax separatçı rejiminin Prezident İnstitutunun saxlanılması məsələsi ətrafında qızğın müzakirələr gedirdi. Xunta rejiminin sonuncu rəhbəri Samvel Şahramanyanın “səlahiyyət” müddəti mayın 21-də başa çatdı, lakin Ermənistan hakimiyyəti yeni rəhbərin seçilməsinə imkan verməyib. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistan hakimiyyətinin arqumenti ondan ibarət idi ki, yeni prezident seçilərsə, Azərbaycanın Ermənistana qarşı mümkün hərbi əməliyyatlarına görə bütün məsuliyyət onların çiyninə düşəcək: “Görünür, sülh müqaviləsinin imzalanmamasının səbəblərindən biri Nikol Paşinyanın bu məsələni belə həll edə bilməməsi və Artsaxın dövlət institutlarının de-fakto fəaliyyətini davam etdirməsidir.

Prezident institutunu qorumaq üçün cəmi bir neçə deputat mübarizə apardı, lakin onlar azlıqda qaldılar. Həftələrlə davam edən müzakirələr nəticəsiz başa çatdı və Artsaxdan olan bəzi fiqurlar Ermənistan hakimiyyətinin təzyiqinə boyun əyərək, prezident institutuna son qoymağa razı oldular”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600