Arvadı ilə getdiyi otel otağından gizli kamera tapdı - FOTOLAR  

media-hightechnic-468x90

Kanadanın Toronto şəhərinə istirahət üçün yollanan şotlandiyalı turist xoşagəlməz mənzərə ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, o, arvadı ilə məskunlaşdığı otel otağında gizli kamera aşkarlayıb.

Maraqlıdır ki, Dougie Hamilton adlı şəxs “kəşf”dən öncə internetdə gizli kameralarla bağlı videoya baxıb. Daha sonra onun gözü qonaq otağındakı rəqəmsal zəngli saata sataşıb.

Ardınca zəngli saatı sökən turist şübhələrində haqlı çıxıb. Nəticədə o, zəngli saatın içində yerləşdirilmiş gizli kameraya rast gəlib.

Məsələ ilə bağlı yerli polisə məlumat verilib. Fatkla bağlı araşdırma aparılır. Qonaqlar isə başqa otağa köçürülüblər.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa