Arvadının ölümünü yuxusunda gördü

media-hightechnic-468x90

esinin-olecegini-ruyasinda-gordu-5680514Türkiyədə dəhşətli hadisə baş verib. Yenicag.az xəbər verir ki, Adanada yaşayan 65 yaşlı Mehmet Aladağ həyat yoldaşının ölümünü yuxusunda görüb.

Mehmet Aladağ hər səhər evdən çıxaraq gəzintiyə gedən həyat yoldaşına “Xanım, yuxumda sənin öləcəyini gördüm. Ehtiyyatlı ol” deyib.

Qadın evdən çıxdıqdan bir müddət sonra onu motosiklet vurub. 24 yaşlı motosiklet sürücüsü və Perihan Aladağ ağır yaralanıblar və dərhal xəstəxanaya çatdırılıblar. Lakin yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri eşidən həyat yoldaşı xəstəxanaya gedib. “Onun öləcəyini yuxumda gördüm. Kaş evdən çıxmasına icazə verməsəydim”, deyə Mehmet A. vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa