16 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən “Yeni Nəsil” proqramının növbəti mərhələsi uğurla başa çatıb.
“Beynəlxalq Gənclər Parlamentləri Konqresi” çərçivəsində reallaşan 4 günlük tədbirdə dünyanın 30 ölkəsindən onlarla gənc deputatlar, səfirlər, siyasətçilər, rəsmilər, QHT və media nümayəndələri qatılıblar. Tədbirdə müxtəlif panellər üzrə fikir mübadiləsinin aparılıb, eyni zamanda, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məclis üzvü Səbuhi Abbasovtəmsil edib. İlk olaraq Rusiya Dövlət Dumasının “Parlament qəzeti”ndə başlayan tədbir son 2 gündə Dövlət Dumasında gərgin müzakirələrlə davam edib.
Dünyada hazırki geosiyasi proseslər, gənclər siyasəti, gənclərin parlamentlərdəki mövqeləri və digər mövzular ətradında gedən disskusiyalarda fəal iştirak edən ASGA sədri Azərbaycanda gənclərin İKT sahəsinə uğurlu adaptasiya prosesi barədə məlumat verib.
Məlumat üçün qeyd edək ki, 16-20 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən “Yeni Nəsil” proqramının növbəti mərhələsi reallaşıb./7news/
www.yenicag.az